"Azərbaycanda yeni parlamentin səlahiyyətləri qüvvəyə minəndikdən sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur".

Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O xatırladıb ki, bu barədə Azərbaycan Konstitusiyasında qeyd edilib: "Növbəti parlament seçkilərinin vaxtını Azərbaycan Prezidenti müəyyən edir".