Sabah hakim Yeni Azərbaycan Partiyasının əsas seçkili ali orqanı olan Siyasi Şuranın təcili iclası çağırılıb.

Mia.az xəbər verir ki, bu haqda isə Etikxeber.az-a YAP-dakı mənbədən məlumat daxil olub.

Ancaq YAP-dakı mənbə, eləcə də,  hakim partiyadan olan millət vəkilləri  təcili iclasın hansı səbəbdən çağırıldığını dəqiq bilmirlər.

Xatırladaq ki, iclas sabah 11:00-da YAP-ın mərkəzi qərargahında baş tutacaq və onun  təxminən 2-cən çəkəcəyi gözlənilir.