Hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.

Mia.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib.

"Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında (Türkiyənin İstanbul şəhərindədir - red.) palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər",- Ə.Gülalıyev qeyd edib.