Baş Nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər əlaqədar rəsmilər Bibiheybətdə baş vermiş sürüşmə zonasına baş çəkiblər.
Mia.az xəbər verir ki, onlar əraziyə baxış keçirərək vəziyyətlə yerində tanış olublar.
Qeyd edək ki, sürüşmə hadisəsi ötən gün paytaxtın Bibiheybətdə ərazisində baş verib.
Sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb.
Fotolar Qafqazinfo-ya aiddir:

