Məlumatı azadliq.info-ya vəkil Aslan İsmayılov verib. Aslan İsmayılova isə bu bəradə mərhumun qızları xəbər verib.
Təbrizli Nabrandakı bağ evində vəfat edib. Onun nədən öldüyü bilinməsə də, səhər yuxudan ayılmadığı deyilir.
Hazırda mərhumun cənazəsi Bakıya gətirilir.
***
"Qafqazinfo” Sirus Təbrizlinin tərcüməyi-halını təqdim edir:
Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub.Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Yeni Azərbaycan Partiyası sədr müavini işləyib. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2000-ci il noyabrın 5-də 13 saylı Nizami-Xətai seçki dairəsindən deputat seçilib. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarına əsasən 1 dekabr 2000 -ci il tarixində Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri təyin olunub.
Evlidir, 2 övladı var.