Bu sözləri "Yeni Müsavat” a Milli Şuranın Seçki Qərargahının sədri Arif Hacılı "Azadlıq” qəzetinin 6 sentyabr buraxılışında "El”, ACP və ALP sədrinin "Yeni Müsavat” a qarşı səsləndirdiyi fikirə münasibət bildirərkən söyləyib.
Arif Hacılı qeyd edib ki, "Yeni Müsavat” qəzetini Milli Şuraya qarşı olan və onu yazıları ilə dağıtmaq istəyən bir orqan olaraq qələmə vermək çox böyük yanlışlıqdır: "Milli Şuranın hazırkı əsas missiyalarından biri namizədimiz professor Cəmil Həsənlinin dəstəklənməsidir.
Azərbaycanda hal-hazırda Cəmil Həsənlinin müdafiə işini, onun Azərbaycan cəmiyətinə tanıtımını ən geniş şəkildə təşkil edən mətbuat orqanları içində "Yeni Müsavat” birincidir. Əminəm ki, seçki kampaniyası dövründə, qanunvericiliklə təşviqat kampaniyası başlayan kimi "Yeni Müsavat” qəzeti Cəmil Həsənlinin seçki kampaniyasının təşkilində əsas resurslardan birinə çevriləcək”.