"Erməni soyqırımı” kimi iftiralardan qurtula bilmirik. Gələcək nəsil bunun qiymətini verəcək”.
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbul Beynəlxalq Ombudsmanlıq Konfransında deyib.
O bildirib ki, tarix buna öz qiymətini verəcək: "Ən tragikomediya isə öz təhlükəsizliyimizi qorumaq üçün atdığımız addımlara görə sanksiya təhdidinə məruz qalmağımızdır. Tarix bu olanların hamısını qeyd edir. Hədəfimiz neft deyil, biz insanı sevirik, onun üçün ayrı-seçkilik etmərik".