Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov apelyasiya şikayətinin təmin olunmamasından kassasiya şikayəti verəcək. Bu barədə "media forum”a danışan vəkil Fuad Ağayev belə deyib.
Avqustun 30-da Bakı Apelyasiya Məhkəməsi Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasının qərarından şikayətinə baxıb. Şikayət təmin olunmayıb.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası avqustun 27-də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə Azərbaycanda 3 ildən bir az çox yaşadığı əsas gətirilib.
Rüstəm İbrahimbəyov MSK-nın qərarının qanunsuz sayılmasını istəyir.
Rüstəm İbrahimbəyov yenidən məhkəməyə üz tutdu - Ali Məhkəmə
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08