Mia.az xəbər verir ki, razılaşmaya əsasən, Suriyada 9 oktyabrda başladılan "Barış Pınarı" əməliyyatına 5 günlük ara verilib. Bu müddətdə isə atəşkəs rejimində YPG/PYD 120 saat ərzində Türkiyənin arzu etdiyi məsafəyə çəkiləcək.
Çox maraqlıdır ki, bu razılaşmadan 3 gün əvvəl Əsəd rejiminə bağlı olan ordu ilə Rusiya birlikləri YPG-nin boşaltdığı Menbiç və Kobaniyə daxil olublar.
ABŞ-la dünənki razılaşma haqda açıqlama verən Pens də deyib ki, Türkiyə ilə bu bölgəyə əməliyyat keçirməmələri haqda razılaşıblar.
Məsələnin ən maraqlı tərəfi isə odur ki, YPG-nin 440 km uzunluqda, 32 km dərinlikdə geri çəkilməsi üçün tanınan 120 saatlıq, yəni 5 günlük vaxt oktyabrın 22-ində bitir.
Həmin gün isə Prezident Ərdoğan Rusiya lideri Putinlə görüşəcək.
Məhz 22 oktyabra təsadüf edən bu görüşün bir çox aspektlərdən, eyni zamanda, yuxarıda qeyd edilən məsələlər səbəbindən daha böyük diqqət mərkəzində olacağına şübhə yoxdur.
Mia.az