Prezidentliyə namizədliyi qeydə alınmayan və bununla bağlı keçirilən məhkəmə prosesində «yox» cavabı alan Milli Şuranın sədri Rüstəm İbrahimbəyov daha bir məhkəmə prosesindən məğlub ayrılıb.
Belə ki, İbrahimbəyovun «İbrus» kinoşirkəti ilə Vergilər Nazirliyi arasında Bakı Apellyasiya Məhkəməsində başlamış məhkəmə prosesi bir neçə gün əvvəl yekunlaşıb və bir daha onun şikayəti rədd olunub.
Mia.az «Reytinq» qəzetinin bugünkü sayına istinadən xəbər verir ki, Milli Şuranın sədri R.İbrahimbəyovun sahibi olduğu "İbrus Kinoşirkəti” MMC də Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən yoxlamaya məruz qalıb. Və nazirlik MMC-nin xeyli məbləğdə vergidən yayınma faktı aşkarladığını sənədləşdirib. İbrahimbəyov isə bu iddiaları qəbul etmədiyindən məhkəməyə müraciət edib.