Bu gün prezident İlham Əliyev yeni bir sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama görə, əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilib.

Xatırladaq ki, bu sərəncama qədər minimum məbləğ 93 manat 50 qəpik olub.