"El” hərəkatının sədr müavini Köçəri Nağıbəylinin Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsi başa çatıb.
Bu barədə APA-ya Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib. O qeyd edib ki, K. Nağıbəyli 4 saat davam edən dindirmədən sonra bu dəqiqələrdə idarəni tərk edib.
Ötən gün "El” hərəkatının sədri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saat ifadə verib.
Ə. İbrahimov kütləvi informasiya vasitələrinə açıqlamasında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.