Türkiyə ordusu Suriyanın şimalında "Barış pınarı” əməliyyatı uğurla davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Türkiyə ordusu Suriyanın Rasulayn bölgəsinin şərqində yerləşən və strateji əhəmiyyətli Darbasiyah qəsəbəsini PKK/YPG və İŞİD terrorçularından azad edib. 

Ordu, eyni zamanda, Tel Abyad və Rasulayn rayonlarına bağlı olan 8 kəndi də terrorçulardan təmizləyib.