Prezident İlham Əliyev bu gün iki sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamına əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin olunub.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.