Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahından verilən məlumata görə, bəyanatda Cəmil Həsənlinin namizədliyinin təsdiq olunması ilə əlaqədar qərarın qəbul olunması üçün son müddət bu gün – 29 avqust saat 12:50-də tamam olduğu qeyd olunur:
"Professor Cəmil Həsənlinin namizədliyinin təsdiq olunması ilə əlaqədar qərarın qəbul olunması üçün son müddət bu gün – 29 avqust saat 12:50-də tamam olmasına baxmayaraq, hələ də bu məsələnin MSK-nın toplantısında müzakirə olunub, müvafiq qərar qəbul edilməməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.6.-cı maddəsinin kobud şəkildə pozulması deməkdir.
Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahı MSK-nın yol verdiyi bu kobud qanun pozuntusunu qətiyyətlə pisləyir və MSK-nı Seçki Məcəlləsinə əməl etməyə çağırır”.
***
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "Qafqazinfo"ya sözügedən məsələ ilə bağlı açıqlama verib. O, Cəmil Həsənlinin namizədliyinin qeydə alınması məsələsinə komissiyanın bu gün saat 16:00-da keçirilən iclasında baxılacağını bildirib.