Bu gün Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb. Sərəncama gərə, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bu gün Qubanın icra başçısı Mübariz Alı oğlu Ağayev "Şöhrət” ordeni ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Space telekanalının rəhbəri Vaqif Mustafayev də mükafatlandırılıb.
Mia.az xəbər verir ki, Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə Vaqif Behbud oğlu Mustafayevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.