Mia.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsinin rəisi, polkovnik Elçin Zaur oğlu İbrahimova general-mayor hərbi rütbəsi verilib.
Onu da qeyd edək ki, bu gün prezident Dövlət Sərhəd Xidmətinin qanunvericiliyinin inkişafında xidmətlərinə görə Azər Oqtay oğlu İbrahimova da Azərbaycan Respublikasının "Əməkdar Hüquqşünası” fəxri adı verib.