Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az xəbər veir ki, sərəncama əsasın, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Aydın Əli oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Qeyd edək ki, A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatının qalibi olub.
O, eyni zamanda, 1988-1997-ci illərdə "Neftçi” klubunun ilk prezidenti vəzifəsində işləyib.