Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla Vergilər Nazirliyi arasında daha bir şirkətlə bağlı yeni qarşıdurma yaranıb.
Xatırladaq ki, Vergilər Nazirliyi İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı arasında da hələ xeyli əvvəl ciddi problemlər yaranıb. Belə ki, Vergilər Nazirliyi 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması aparıb. Nazirliyin bununla bağlı yaydığı xəbərdə bildirilib ki, yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. Bundan əlavə, ibtidai istintaq zamanı Kinematoqrafçılar İttifaqı bir çox maliyyə mənimsəmələrində ittiham olunub.
Rüstəm İbrahimbəyovsa nə Azərbaycan Kinematoqrafçılar İttifaqı, nə də MMC haqda səyyar yoxlama aktlarında göstərilən vehgi yayınmaları ilə razılaşmır və bunu siyasi fəaliyyəti ilə əlaqələndirir. Ancaq o, bu problemi təkcə açıqlama verməklə həll etmək niyyətində deyil. İbrahimbəyov Verjilər Nazirliyinin müvafiq departamentləri ilə məhkəmə müstəvisində də qalmaqal yaşayır.
«Rüstəm İbrahimbəyovun sahibi olduğu "İbrus Kinoşirkəti” MMC Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırıb. Ancaq onun səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş qərarın ləğvi və vergi kimi ödənilmiş məbləğin qaytarılmasından bəhs edən tələbi rəd olunub. Milli Şura sədri isə bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib».