Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Azərbaycan dindarlarına və xalqına müraciətinin tam mətnini yayıb. Müraciətdə deyilir: "Qarşıdakı prezident seçkilərində yeganə düzgün seçim etməyə, müstəqil Azərbaycanın seçdiyi tolerantlıq və mənəvi dirçəliş yolunun davam etdirilməsinə səs verməklə İlham Əliyevi dəstəkləməyə çağırırıq.
"Azərbaycan dindarlarına və bütün Azərbaycan xalqına QROZNI MÜRACİƏTİ" adlanan müraciətdə din xadimləri qeyd edirlər ki, Azərbaycan xalqının siyasi, iqtisadi, sosial sahələrdə uğurlarını müşahidə etdikcə, qardaş xalqın mənəvi həyatında baş verən hadisələrə sevinirik: "Bu gün Azərbaycan öz xalqının maddi rifahını artırmaqla bərabər, həm də mənəvi-dini irsin dirçəldilməsi qeydinə qalır".
Azərbaycanda milli mənəvi dəyərlərin qorunub saxlanması və artırılmasına böyük diqqətlə yanaşdığını müşahidə etmək biz, dindarları xüsusilə sevindirir. Bütün dini icmalara qayğı, tarixi müsəlman ziyarətgahlarına və başqa konfessiyaların məbədlərinə qayğıkeş münasibət, onların bərpası və yenilərinin ucaldılması müasir, müstəqil Azərbaycanın reallığıdır.
Din xadimlərinin fikrincə, Qafqazın dini liderlərinə dərin hörmətin bir göstəricisi də bu faktdır ki, biz hər dəfə regionun tarixi dini mərkəzinə - Qafqaz Müsəlmanları İdarəsinə gələndə Azərbaycan dövlətinin başçısı bizi şəxsən qəbul edir, bizə böyük diqqət yetirir: "Bütün bunlar bizim belə deməyimizə əsas verir ki, təməli hələ müasir, müstəqil Azərbaycanın banisi, bizim hamımızın çox hörmət bəslədiyimiz mərhum Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din qarşılıqlı münasibətlərinin səviyyəsi bir sıra dövlətlər üçün nümunə ola bilər. Biz əminik ki, müdrik Azərbaycan xalqı bu uğurlu yolu bundan sonra da davam etdirmək niyyətindədir.
Bununla əlaqədar, biz bütün Azərbaycan xalqına müraciət edərək qarşıdakı prezident seçkilərində yeganə düzgün seçim etməyə, müstəqil Azərbaycanın seçdiyi tolerantlıq və mənəvi dirçəliş yolunun davam etdirilməsinə səs verməklə İlham Əliyevi dəstəkləməyə çağırırıq".
Müraciəti aşağıdakı din xadimləri imzalayıblar:
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Xalqları Ali Dini Şurasının sədri,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Sultan Mirzayev
Qafqaz Xalqları Ali Dini Şurası sədrinin müavini, Çeçenistan Respublikasının müftisi
Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri:
İsmayıl Berdiyev- Şimali Qafqaz Müsəlmanların Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi
Aleksandr İşşein - Bakının və Azərbaycanın Arxiyepiskopu
İsa Xamxoyev - İnquşetiya Respublikasının müftisi
Əhməd Abdullayev - Dağıstan Respublikasının müftisi
Həzrətəli Dzasejev - Kabarda-Balkar Respublikasının müftisi
Hacı-Murat Qatsalov – Şimali Osetiya-Alaniya Respublikasının
müftisi
Sultan-Əhməd Karalayev - Kalmık Respublikasının müftisi
Şafiq Pşixaçev - Beynəlxalq İslam Missiyasının Prezidenti, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin Rusiyadakı nümayəndəsi, RF İctimai Palatasının üzvü
Şarafutdin Çoçayev - İmam Əbu-Hənifə adına Şimali Qafqaz İslam Universitetinin rektoru
Nurbi Yemij - Qafqaz Xalqları Ali Dini Şurasının üzvü.
Rusiya Federasiyası,
Qroznı şəhəri 22 avqust 2013-cü il.
Mənbə: AzerTac