Bu gün Azərbaycanda mikroavtobus qəza törədib. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Quba avtomobil magistralında, Saray Yol Polisi Postunun yaxınlığında qeydə alınıb. Qəza nəticəsində «Hyundai» və «Mercedes» markalı iki mikroavtobus toqquşub. Hadisə nəticəsində 3 sərnişin xəsarət alıb.

Qəza nəticəsində Baki-Sumqayıt yolunda böyük tıxac yaranıb. Avtomobillərin hərəkəti bir müddət məhdudlaşıb. Polisin müdaxiləsindən sonra hərəkəti məyyən qədər bərpa etmək mümkün olub.