Bildiriblər ki, artıq onlar televiziya rəhbərliyinə istefa ərizələrini təqdim ediblər və 3 gündür işə gəlmirlər.
Qeyd edək ki, bir müddət öncə adı çəkilən telekanaldan aparıcı Ayaz Nizamioğlu da ərizə yazaraq işdən çıxmışdı.
***
ANS prezidentinin müşaviri Mais Məmmədov məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlama verib. Onun sözlərinə görə, aparıcıların hələlik ANS-dən getdiyini söyləmək tezdir: "Biz onlarla müqaviləni saxlamışıq. Afət Telmanqızı bir saat əvvəl getdiyini deyib. Onlar xanımdırlar və nədənsə inciyə bilərlər. Ümid edirik ki, hirsləri soyuyandan sonra geri qayıdacaqlar”.
Qeyd edək ki, ANS əməkdaşlarının son bir ildə tez-tez istefası müşahidə olunur.