Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb. Bu barədə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı facebook hesabında məlumat verib. 

O bildirib ki, Tural Abbaslı bu gün saat 14-00 da sərbəst buraxılmalıydı: "Xeyli gənc Turalı qarşılamaq üçün Binəqədi təcridxanasının qarşısına getmək üçün hazırlaşırdı deyə, hakimiyyət Tural Abbaslını vaxtından 2 saat əvvəl buraxıb”.