"2013-cü il prezident seçkisində "ekzit-poll”un keçiriləcəyi ilə bağlı ümumi məlumat verilib. Seçkidə monitorinqlər aparmaq üçün yerli və beynəlxalq təşkilatların bu işə cəlb olunması istisna edilmir”.

Bunu Modern.az-a Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev bildirib.

Onun sözlərinə görə, hələlik heç bir yerli və xarici təşkilatlardan "ekzit-poll” üçün xüsusi qaydada MSK-ya müraciət etməyib.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.