Bu gün AMİP qərargahında İDP sədri Tahir Abbaslının sədrliyi ilə Demokratik Qüvvələr Birliyinin sədrlər şurasının növbəti toplantısı keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, toplantıda Qərarların İcra vəziyyəti və ölkədəki ictimai-siyasi vəziyyət geniş müzakirə olunub. Həmçinin Bakıda son zamanlar aparılan söküntü işlərində vətəndaşlara qarşı aparılan qanunsuzluqlar barədə müraciət qəbul olunub.
Xatırladaq ki, Demokratik Qüvvələr Birliyi AMİP, İDP , ACP, ALP, KXCP , BAP, XAP tərəfindən yaradılıb.