Bu gün Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili, səfirin səlahiyyətlərinin icra edən Derik Hobanla səfirlikdə görüşüb.

Milli Şuranın mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Milli Şuranın son sessiyasının qərarları, ölkədə seçki öncəsi durum və ictimai-siyasi proseslər müzakirə olunub.