Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası
keçirilib.APA-nın
məlumatın görə, iclasda Müasir Müsavat Partiyası tərəfindən prezidentliyə
namizədliyi irəli sürülən Hafiz Ələmdar oğlu Hacıyevin, Milli Dirçəliş Hərəkatı
Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Fərəc İbrahim oğlu
Quliyevin, fərdi qaydada öz namizədliyini irəli sürən Zahid Məhərrəm oğlu
Orucun və Ərəstun Məmməd oğlu Oruclunun prezidentliyə namizədliklərinin təsdiq
olunması məsələsinə baxılıb.
MSK katibi
Arifə Muxtarova bildirib ki, namizədliklərinin təsdiq olunması ilə bağlı
namizədlikləri irəli sürülən şəxslərin MSK-ya daxil olan sənədləri araşdırılıb
və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq
səsvermə yolu ilə adları çəkilən şəxslərin prezidentliyə namizədliyinin irəli
sürülməsini təsdiqləyib.
Daha sonra onların
səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar
qəbul edilib.
Sonra bəzi dairə
seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məlumat verilib.
Qeyd edək ki,
indiyədək 14 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar
YAP sədri, Azərbaycan prezidenti İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd
Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal
Demokrat Partiyasının sədri Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri
Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ümid
Partiyasının sədri, deputat İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının
sədri Fərəc Quliyev, deputat Zahid Oruc, "Şərq-Qərb" Araşdırmalar
Mərkəzinin rəhbəri Ərəstun Oruclu, hüquqşünas İlqar Məmmədov (İlqar Altay),
1975-ci il təvəllüdlü İsmayıl Yusifov və 1961-ci ildə anadan olan Elşən
Həsənovdur.
İ. Əliyev, Ə. Oruc,
İ. Məmmədov (İlqar Altay), İ.Ağazadə, F.Əliyev, Ə.Əliyev, A.Əlizadə, Q.Həsənquliyev,
H. Hacıyev, Z.Oruc və F.Quliyev və Ə. Oruclunun namizədlikləri təsdiq olunub.
Xatırladaq ki,
prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
MSK daha üç nəfər Prezidentliyə iddiaçıların namizədliyi təsdiqləyib
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08