Prezident İlham Əliyev daha bir ölkədəki səfirimizlə bağlı sərəncam verib.
Mia.az əbər verir ki, sərəncama görə Adış Sakit oğlu Məmmədov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Onu da qeyd edək ki, həmin günü Adış Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi də verilib.
Sərəncam avqustun 12-də imzalanıb.
Mia.az xəbər verir ki, yeni səfir Rəfael İbrahimovu əvəzləyib. Belə ki, eyni gün o, geri çağrılıb. Sabiq səfirin İsveçlə yanaşı, Norveç, Finlandiyadakı diplomatik fəaliyyətinə da son verilib.