Fəaliyyəti dayandırlımış Azərbaycan Beynəlxalq Unversitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin Fransanı tərk edib. Bu gün isə sabiq rektorun Ukraynada olduğu haqda xəbərlər yayılıb.
Xatırladaq ki, bu günlərdə insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri Obolon Rayon Məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illər ərzində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılması müəyyən edilib.
Məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həmin mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla, həmin qərardad barələrində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsi məqsədilə Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Mia.az Dia.az istinadən bildirir ki, məhz bu ittihamlarla əlaqədar Elşad Abdullayev Ukraynaya gedib. Onun istintaqla könüllü əməkdaşlıq etməsi isə gözlənilən olmadığı da xəbər də yer alsa da, səfərin təfərrüatları haqda əlavə informasiya verilməyib. Amma bu səfərin sözügedən cinayət işi ilə bağlı olduğu da istisna deyil.