Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov Milli Şuranın Bakıda avqustun 18-də təyin etdiyi aksiyanın keçirilməsinə münasibət bildirərkən deyib.
E.Zahidov, həmçinin bildirib ki, razılaşdırılmamış hər hansı bir aksiya qanunsuz hesab olunur: "Qanunsuz aksiyanın keçirilməsi isə yolverilməzdir və bunun qarşısı alınacaq. İctimai asayişi təmin edən polis əməkdaşları bu cür qanunsuz aksiyaların keçirilməsinə imkan verməyəcəklər.”
Xatırladaq ki, Milli Şuranın ötən gün keçirilən növbəti iclasında aksiya keçirmək barədə qərar qəbul olunub. Bilidirilib ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.
SalamNews