Milli Şuranın bu gün keçirilən sessiyasında aksiya keçirmək barədə qərar qəbul olunub. Bu barədə jurnalistlərə açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, Milli Şuranın aksiyası avqustun 18-nə təyin olunub: "Biz bu barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Aksiyanın keçiriləcəyi yeri isə BŞİH müəyyən edəcək”.

M. Mirəlioğlu həmçinin növbəti sessiyanın vaxtını da açıqlayıb: "Növbəti sessiya avqustun 19-na təyin olunub. Həmin sessiyada Milli Şuranın Rüstəm İbrahimbəyovdan əlavə daha bir namizədinin irəli sürülməsi məsələsi müzakirə oluna bilər”.