Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu avtomomil qəzası törədib. Hadisə Atatürk prospektində, Müsavat Partiyasının başqanı İsa Qəmbərin yaşadığı binanın qarşısında baş verib.

MİA-nın xəbərinə görə, M.Mirəlioğlu idarə etdiyi 01 BB 057 dövlət nömrə nişanlı UAZ markalı avtomobili Gənclik metrosu istiqamətində hərəkətdə olan 10 VR 862 nömrə nişanlı Nissan Sunny markalı maşınına vurub. İlkin ehtimallara görə, qəzaya M.Mirəlioğlunun ehtiyatsızlığı səbəb olub. Partiya sədri isə vurduğu avtomobilin sürücüsünü suçlayaraq qəfil əyləci basaraq dayandığını iddia edib.