Azərbaycanda
keçiriləcək prezident seçkisi gününə artıq sayılı günlər qala, Muasir Musavat
Partiyası avqustun 11-də Siyasi Şuranın toplantısını çağırıb.
Mətbuat
xidmətindən mia.az-a daxil olan məlumata görə, həmin toplantıda Hafiz Hacıyevin
namizədliyi təsdiq etdildiyi təqdirdə, partiya öz namizədinin seçki marafonuna
tam start verəcək.
Məlumatda o da bildirilir ki,
bu gün Muasir Musavat
Partiyasında bununla bağlı toplantı keçirilib.Toplantıda MSK-nın Təqvim Planına
əsasən, Hafiz
Hacıyevin namizədliyinin irəli sürülməsi və imza vərəqələrinin götürülməsi üçün
müraciətin günü müzakirə edilərək yekun qərar çıxarılıb: «Əslində, Muasir Musavat Partiyası
aylardı bu marafona hazırlaşdığına görə problem olacaq bütün məsələləri əvvəldən
çözülüb. 50 nəfərlik imza toplayanların siyahısı
artıq 1 aydır tam hazırdır, onlara fəaliyyətlərinə uyğun müvafiq təlimat alıblar. Bugünki
toplantıda İşçi Qrupu ilə Seçki Qərargahının birgə razılığı ilə qərara alınıb
ki, avqustun
12-də prezidentliyə namizədimizin sənədləri MSK-ya təqdim
edilsin. Ayın
11-də Siyasi Şuranın yekun qərarından sonra,
bu, baş
verəcək».