Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlının tikinti şirkəti ilə məhkəmə çəkişməsi bu gün davam etdiriləcək.

 Mia.az-ın xəbərinə görə, Azərbaycan Sosial Rifah Partiyasının «İlkin-Y» MTK-ya qarşı pul tələbi, qarşı tərəfin isə binanın mansard hissəsinin boşaldılmasından bəhs edən şikayətlər üzrə proses saat 15.30 hakim Ülvi Mayılovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

 Mia.az-ın məlumatına görə, deputatın sədrlik etdiyi partiya tikinti şirkəti tərəfindən yerləşdiyi məkandan çıxarılır. Deputat isə bu tələblə razılaşmır və şirkətin sahibi olduğu binanın mansardına xərclədiyi vəsaitləri geri tələb edir.

 Xatırladaq ki, tərəflər arasında ilkin iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb.