Prezident İlham Əliyevin qısa müddətli məzuniyyətə çıxması haqda bu gün yayılan xəbər təsdiqlənmədi. Belə ki, prezidentin ölkədə olduğunu sübut edən fakt var.

 Mia.az xəbər verir ki, bu gün İlham Əliyev daha bir sərəncam imzalamaqla Azərbaycanda – iş başında olduğunu təsdiqləyib.

 Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu gün prezident Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2.0 (iki) milyon manat ayrılıb.

 Xatırladaq ki, bu gün yayılan xəbərlərdə bildirilirdi ki, prezident İlham Əliyev artıq bir həftədir qısamüddətli məzuniyyətdədir. Onun dincəlmək üçün xarici ölkələrdən birinə getdiyini idia olunsa da, ölkənin adı da çəkilmirdi.