Son günlər mediada ölkə prezidenti İlham Əliyevin Rusiyaya səfər etməsi haqda müxtəlif məlumatlar yayılır. Prezidentin Rusiyaya getməsi təkzib olunsa da, onun hansısa bir xarici ölkəyə gedib-getməməsi haqda da açıqlama verilmədi. Prezidentin mətbuat xidməti də ölkə başçısının hansısa bir səfərinin olub-olmaması haqda məlumata malik olmadığını bildirmişdi.

Musavat.com-un məlumata görə, prezident İlham Əliyev artıq bir həftədir qısamüddətli məzuniyyətdədir. Onun dincəlmək üçün xarici ölkələrdən birinə getdiyini deyən mənbə, ölkə başçısının konkret hansı ölkədə olduğunun bilinmədiyini deyib.