Bu sözləri İnsan Hüquqları Monitorinq qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlu əfv olacağına ümid bəslədiklərini söylədi. Onun sözlərinə görə, siyasi məhbusların azadlığa buraxılması ehtimalları daha çox oktyabrın əvvəlində baş tuta bilər: "Gözlənilir ki, oktyabrın 9-da əfv olsun. Azərbaycan hökuməti Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Seçki ili olduğuna görə əfv imzalanması yaxşı olardı”.
Qeyd edək ki, qarşıdan müsəlmanların müqəddəs Ramazan bayramı gəlir və belə bir ərəfədə Azərbaycan rəhbərliyinin əfv fərmanı imzalaması, siyasi məhbusları azadlığa buraxması divident qazandıra bilər.
musavat.com