Gəncədə iftar mərasiminə polis hücumu olub. İslamazeri.az-ın məlumatına görə, iftar məclisində Asəf Əliyev, Fəxri İlyasov, Ramin Məmmədov, Ramiz Sarıyev və adları dəqiqləşdirilməyən 4 ruhani ilə birlikdə 150 nəfər inanclı saxlanılaraq Xanlar rayon polis bölməsinə aparılıb. Saxlanılma səbəbi olaraq deyilib ki, Pprezident Administrasiyasından iftar məclisləri təşkil etməklə bağlı qadağa var.

Gecə saatlarında saxlanılanların hamısı sərbəst buraxılıblar. Polis bölməsindən bildiriblər ki, onları icazəsiz iftar məclisi təşkil etdiklərinə görə saxlayıblar.