Bu gün tanınmış jurnalist Xədicə İsmayıla dəstək aksiyası keçirmək istəyən bir qrup qadın jurnalist saxlanılaraq polis bölməsinə aparılıb.
Aralarında "Yeni Müsavat”ın da əməkdaşı olan Röya Rəfiyevanın verdiyi məlumata görə, polis onlara zor tətbiq edərək əllərindəki "4-cü hakimiyyət bizik", "Mənim evim, mənim yatağım korrupsiya deyil", "Xədicə, biz səninləyik" şüarları yazılan plakatları alaraq cırıb və orada olan bütün jurnalistləri avtobusa mindirərək Yasamal rayon 28-ci polis bölməsinə aparıb.
Azadlıq radiosu jurnalistə qarşı təzyiqlərə son qoyulması və günahkarların tapılıb cəzalandırılması ilə bağlı bəyanatla çıxış edib.