Baş redaktora AR CM-in 121-vi maddəsinə əsasən xuliqanlıq ittihamı elan olunub. O, vətəndaşı döyərək ona xəsarət yetirməkdə günahlandırılır. Məhkəmə iclasında S.Əlbəyli itiihamı rədd edib, özünü təqsirsiz bilib və zərərçəkəni tanımadığını dilə gətirib.
Məhkəmə iclasında sabiq müdafiə naziri Rəhim Qazıyev və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov da iştirak edib.