"Borçalı» Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli həmyerlisi olan baş prokuror Zakir Qaralova üz tutdu. O, baş prokurordan doğulduğu Başkeçidə (Dmanisi) investisiya yatırmağı istədi.

 Mia.az xəbər verir ki, bu haqda Zəlimxan Məmmədli «Facebook»dak profilində məlumat yayıb. O, «İŞ ADAMLARI VƏ BAŞKEÇİDLİ MƏMURLARIN NƏZƏRİNƏ» başlıqlı statusunda belə yazıb: «Dmanisi ciddi investisiya istəyir. Zakir Qaralov nə işlə məşğuldur, görəsən. Yeni iş yerlərinin açılması ilə bağlı çox ciddi layihələr həyata keçirə bilərik. Soydaşlarımızın buna ehtiyacı çoxdur».