Bu gün Mərkəzi Seçki Komissiyası oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərinin tarixini müəyyən etdi. 

Gün.Az-ın verdiyi xəbərə əsasən, MSK-nın iclasında çıxış edən sədr Məzahir Pənahov qeyd edib ki, Seçki Məcəlləsinə uyğun olaraq prezident seçkiləri oktyabr ayının 3-cü həftəsinin 3-cü gününə təsadüf edir.

"Bu il üçüncü həftənin üçüncü günü oktyabr ayının 16-sına təsadüf edir. Həmin gün iş günü olmadığından MSK seçkiləri həmin ayın digər gününə keçirmək haqqında qərar çıxartmalıdır.

Təklif olunur ki, yenə 3-cü günə salınsın, lakin 1 həftə öncəyə”.

Təklif MSK üzvləri tərəfindən təsdiqlənib.