"P.S. NOTA" qəzetinin və eyni adlı saytın baş redaktoru Sərdar Əlibəyli həbs edilib. Bu barədə tanınmış vəkil Namizəd Səfərov "Facebook"da xəbər yayıb.
Mia.az xəbər verir ki, vəkil statusunda belə yazıb: "Redaktor Sərdar Əlibəyli həbs edilərək Xətai rayon Polis İdarəsinə aparılıb. Onun barəsində xuliqanlıq və xəsarət yetirmə ittihamları ilə uydurma cinayət işi qaldırılıb. Vəkilin yardımına ehtiyac var".
S.Əlibəylinin kimə və hansı xəsarətlər yetirməsi və hadisənin digər təfərrüatları haqda hələlik xəbər yoxdur.