Prezident İlham Əliyev daha bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam verib.
Mia.az xəbər verir ki, sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı və 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat vəsait ayrılıb.ti