Bu ilin may ayının
16-da vəzifəsindən azad olunan Bakı Humanitar və İqtisadiyyat Kollecinin direktoru yenidən postuna qaytarılıb.
Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki,
yeni nazir Mikayıl Cabbarovun əmri ilə kollecin direktoru, eyni zamanda, YAP Abşeron
rayon təşkilatının sədri Bilman Vəliyevlə digər bir
neçə nəfər vəzifəli şəxsin işdə yol verdikləri nöqsanlarla bağlı vəzifələri bir pillə aşağı salınıb.
Lakin Bilman Vəliyev bununla barışmayıb. O, hətta «mən
belə vəziyyətdə işləyə bilmərəm»,
- deyərək, yeni nazirə üsyan da edib.
Bu günlərdə YAP Abşeron rayon təşkilatının sədrinin üzərinə «günəş»
doğub. Belə ki,
vəziyyətə müdaxilə edən YAP sədrinin müavini Əli Əhmədov yeni nazirin əmrini geri oxutdurub:
«Əli Əhmədov rayon təşkilatının sədrinin müdafiəsinə qalxaraq,
Mikayıl Cabbarovu geri çəkilməyə məcbur etdi.
Artıq Vəliyev direktor kimi vəzifəsinin başındadır».
Fakt kollecdən təsdiqlənib.
Bildirilib ki,
Vəliyev yenidən direktor postuna geri qaytarılıb.
Amma bu məsələdə Əli Əhmədovun rolundan xəbərsiz olduğu da deyilib.