Milli Şura üzvlərinin qurumun sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyovla Tbilisidə keçirəcəyi görüş iyulun 30-u axşam saat 17-də başlanacaq. Görüş Tbilisinin "Vere Palace” otelində keçiriləcək.

Mia.az xəbər verir ki, məlumatı "Media forum” saytına Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev verib.

Zəfər Quliyevdən savayı görüşdə Milli Şuradan Eldar Namazov, İsa Qəmbər, Sülhəddin Əkbər, Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əvəz Temirxan, Köçəri Nağıbəyli, Bəybala Əbil iştirak edəcəklər.