2010-cu
ildə fəaliyyəti Təhsil Nazirliyi tərəfindən dayandırılan Moskva Dövlət Açıq
Universitetinin Bakı filialının rektoru Muğan Salahov, prorektor Ramazan
Hüseynov və xəzinədar Nemət Həsənovun işi Ali Məhkəmədən geri qaytarılan işi üzrə
Bakı Apellyasiya məhkəməsində keçirilən proses 8 gün ərzində 3 dəfə təxirə
salınıb.
Mia.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun
Qasımovun sədrliyi ilə baxılan bu iş üzrə iyulun 17-dən bu günə qədər 3 dəfə
proses saatı təyin olunsa da, heç birində qərar açıqlanmayıb: «Tam əksinə, nə
iyulun 17-də, nə 22, nə 25-i nəzərdə tutulan iclaslar təxirə salınıb. Hakim bu
dəfə iyulun 30-na iclas elan edib. Bu dəfə hansı qərar veriləcəyi isə az sonra
bilinəcək».
Xatırladaq
ki, 2010-cu ildə hər üç şəxsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin həbs edib. Onların barəsində Cinayət
Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda özgə
əmlakını ələ keçirməklə törədilən dələduzluq, mənimsəmə və israf etmə maddələri
ilə aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məlumata
görə, Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 179.3.2, 193-1.3.2, 213.2.2,
311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham olunan Muğan Salahov, Cinayət
Məcəlləsinin 178.3.2, 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə itiham
edilən Nemət Həsənov və Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 179.3.2,
193-1.3.2, 311.3.1, 311.3.2, 313-cü maddələri ilə ittiham olunan Ramazan
Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalıblar: «Məsələnin
ən maraqlı tərəfi budur ki, 612 şikayətçinin pulunu mənimsəməkdə və yuxarıda göstərilən
digər əməlləri törətməklə 9-10 maddə ilə ittiham olunan bu şəxslərə Bakı Ağır cinayətlər
Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti iş verib. Belə
ki, məhkəmənin hökmü ilə Muğan Salahov 4 il, Ramazan Hüseynov 3 il, Nemət
Həsənov isə 2 il şərti azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından
azadlığa buraxılıblar. Nə qədər qəribə görrünsə də, o zaman şikayətçilərdən bəziləri
ilə yanaşı, rektor və ətrafı da bu hökmdən narazı qalıblar. Muğan Salahov və ətrafı dəymiş zərərin böyük hissəsini
ödədiklərini və səhhətlərini əsas gətirərək, cəzanın ağır olduğunu bəyan edirlər.