Sabah Müsavat Partiyasının başqanı İsa Qəmbər Gürcüstana yola düşür. O, qonşu ölkənin paytaxtında Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovla görüşəcək. 

Mia.az-ın xəbərinə görə, səfərə İsa Qəmbər tək getməyəcək. Milli Şuranın Tiflisə gedəcək nümayəndələrinin siyahısı artıq dəqiqləşib. Belə ki, İsa Qəmbər, Eldar Namazov, Nurəddin Mustafayev, Gültəkin Hacıbəyli, Mehman Əliyev, Sülhəddin Əkbər, Əvəz Temirxan,  Zəfər Quliyev, Köçəri Nağıbəyli, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və digər 4 nəfər R.İbrahimbəyovla görüüş üçün Tiflisə gedəcək.