Liviyanın baş naziri Əli Zeydan cümə günü güllələnmiş tanınmış siyasətçi və vəkil Əbdessalaməl-Mismarinin qətlində günahkarların ölkədən qaçmasına mane olmaq üçün, Misirlə quru sərhədi bağlamağa göstəriş verib.

"Misirlə sərhədin bağlanması haqqında əmr verilib. Yalnız yüklər buraxılacaq", - mətbuat konfransında baş nazir bildirib.

Zeydanın sözlərinə görə, Tripoli artıq qəbul edilmiş qərar haqqında Misir hakimiyyətinə məlumat verib. Şübhəli şəxslərin siyahısı, tezliklə Qahirəyə veriləcək ,- Zeydan əlavə edib.

Baş nazir həmçinin qətlin araşdırılmasında köməklik göstərilməsi üçün beynəlxalq cəmiyyətə müraciət edib.