Katolik dünyasının ruhani lideri Papa Fransis homoseksual rahibləri seçimlərinə görə, mühakimə etməməyi məsləhət görüb. ANS PRESS xarici mətbuata istinadən verdiyi məlumata görə, Papa Vatikana qayıdarkən təyyarədə təşkil edilən mətbuat konfransında maraqlı açıqlamalar edib.

O, homeseksualların da rahib ola biləcəyini bildirib: "Homeseksual bir insan yaxşı duyğularla Tanrını axtarırsa, mən kiməm ki onu mühakimə edim”.

Papa Fransis homoseksual rahiblərin bağışlanması və günahlarının unudulmasının daha doğru olacağını deyib.

Xatırladaq ki, Fransisin sələfi Benediktus isə homoseksual kişilərin rahib olmamasını istəmişdi.